"çempionatın son oyununda uduzmaq istəməzdik. çünki kubokdakı final matçına hazırlıq üçün qələbə lazım idi. Amma olmadı. Zədədən əziyyət çəkən bəzi futbolçularımıza istirahət verməli olduq". Gənc futbolçular istəkli idilər. Qol epizodlarından istifadə edə bilmədik. Rəqib ələ düşən imkandan yararlandı və qalib gəldi". Matc.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis mayın 19-da Naxçıvanda elə "Sumqayıt"la keçirəcəkləri Azərbaycan Kubokunun final matçına köklənəcəklərini bildirib: "İrəli baxacağıq. Son oyunumuz var. İli titulla başa vurmaq üçün əlimizdən gələni edəcəyik".
Qurbanov klubdakı taleyinə aydınlıq gəlmədiyini də vurğulayıb: "Bu barədə heç bir danışıq olmayıb. Fikrimiz odur ki, kuboku qazanaq. 4-cü dəfə finalda uduzmaq sarsıdıcı olar. özüm də bu barədə fikirləşmirəm. Klub olaraq nə isə qazanmaq, bu mövsümü boşa verməməyi düşünürəm. Sonradan nə qərar veriləcəksə, təki klubumuzun xeyrinə olsun".