29 Noyabr 2024, 13:51
FUTBOL
Moskva “Spartak”ının hücumçusu Manfred Uqalde Avropanın “böyük beşlik” ölkələrindən birinə köçə bilər. Matc.az xəbər verir ki, Kosta Rika millisinin üzvü artıq bir neçə təklif alıb.
Xüsusən Fransa, İngiltərə, İspaniya və Portuqaliya klubları 22 yaşlı forvardı heyətlərinə qatmaq üçün yarışırlar. Əksəriyyət onu “Mançester Siti”nin sabiq hücumçusu Serxio Aqueroya bənzədir.
Qeyd edək ki, Manfred Uqalde bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 16 oyunda 12 qol vurub, 3 məhsuldar ötürmə verib.