29 Noyabr 2024, 10:04
FUTBOL
Minifutbol üzrə Azərbaycan çempionatında VIII tura yekun vurulub. Matc.az xəbər verir ki, ikinci gündə 4 oyun keçirilib.
Bu görüşlərdə ümumilikdə 42 qol qeydə alınıb. Yuxarı pillələrdə qərarlaşan “Aznur” “Şamaxı”nı 13:3 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun digər matçları noyabrın 27-də keçirilib.
Azərbaycan çempionatı
VIII tur
“Atəşgah Suraxanı” – “Çinar Zəngilan” – 5:2
“Siyəzən” – “Altay Füzuli” – 4:2
“Star Bakı” – “Göyçə” – 8:5
“Şamaxı” – “Aznur” – 3:13