Həqiqətən bu oyuna azarkeşlərimiz üçün yaxşı hazırlamışdıq. Əsas istəyimiz azarkeşlər üçün baxımlı oyun göstərmək idi. Futbolçularımı çempionluq münasibəti ilə təbrik edirəm. Bizim üçün ağır mövsüm oldu. Sona qədər hər oyunda gərginlik hiss etdik.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az saytının məlumatına görə, Ağdam klubunun çalışdırıcısı 3:2 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib: "Həqiqətən bu oyuna azarkeşlərimiz üçün yaxşı hazırlamışdıq. Əsas istəyimiz azarkeşlər üçün baxımlı oyun göstərmək idi. Futbolçularımı çempionluq münasibəti ilə təbrik edirəm. Bizim üçün ağır mövsüm oldu. Sona qədər hər oyunda gərginlik hiss etdik. "Neftçi" yaxşı mövsüm keçirdi, onları təbrik edirəm".

- Rəşad Sadıqovla bağlı ilk hissədə problem oldu…

- 45 dəqiqə Rəşad üçün bəs idi. Bir az əsəbləşmişdi. Qarşıda milli komandanın oyunu var. Rahil Məmmədov və Bədavi Hüseynovun bir yerdə oynaması üçün dəyişiklik etdim.

- Miçel sanki pis təsir bağışladı…

- Miçel köhnə mövqeyinə qayıtmışdı. Ona görə bir az zəif təsir bağışladı. Onun meydanda düşünmə qabiliyyəti bizim üçün vacibdi.

- Komandadan gedəcək futbolçular bəllidirmi?

- İnnosent Emeqaranın müqaviləsini yeniləmədik, yollarımızı ayıracağıq. Reynaldo ilə də yollarımızı ayrılacaq. Donald Gerye bizimlə qalacaq. Tam razılaşmasaq da, danışacağıq. Yakub Jezniçakın da müqaviləsini uzatmadıq. Rəşad Sadıqovun müqaviləsini isə bir illik uzatdıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest