Topaz Premyer Liqasında 2018/19 mövsümü başa çatıb. Matc.az saytının məlumatına görə, artıq çempion "Qarabağ"ın yeni mövsüm üçün hazırlıq planları bəllidir.

Bu barədə klubun vitse-prezidenti Tahir Gözəl açıqlama verib. Klub rəsmisi bildirib ki, çempion qısa müddətli istirahətin ardından hazırlıqlara start veriləcək.

İyun ayında bir araya toplaşacaq komanda Avstriyada təlim-məşq toplanışı keçirəcək.

Hələlik toplanış məkanının yeri və tarixi dəqiq bəlli deyil.

Qeyd edək ki, "Qarabağ"ın baş məşçqisi Qurban Qurbanov da üç əcnəbi oyunçu ilə yolların ayrıldığını bildirmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest