Azərbaycan Premyer Liqasının ardıcıl 6-cı mövsüm qalibi olan "Qarabağ" səfərdə "Neftçi"ni 3:2 hesabı ilə yendikləri görüşdən sonra mükafatlandırılıb. Matc.az saytının məlumatına görə, komandaya medalları AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov, eləcə də Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim ediblər.

Tədbirin sonunda "Qarabağ"ın futbolçuları çempionluq kubokunu başları üzərinə qaldırıb.

Bu zaman maraqlı hadisə baş verib. Hazırda ABŞ-da çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli baş məşqçi Qurban Qurbanovun istəyi ilə kapitan Rəşad Sadıqovla birgə kuboka yaxınlaşıb. ABŞ-dan mərasimə qatılmaq üçün gələn albaniyalı müdafiəçi kuboku ilk olaraq, başı üzərinə qaldırıb.  

Qeyd edək ki, bu, ağdamlılar ümumilikdə 7-ci çempionluğudur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest