02 Dekabr 2024, 12:21
FUTBOL
Ötən gecə A seriyasının 14-cü turunda "İnter"lə oyunda huşunu itirən "Forentina"nın futbolçusu Eduardo Bovenin vəziyyətinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, qarşılaşmanın 17-ci dəqiqəsində ürəyi dayanan yarımmüdafiəçi dərhal xəstəxanaya aparılıb. 22 yaşlı futbolçu orada özünə gəlib.
Məlum olub ki, Boven əvvəl də ürəyinin dayanmasına və huşunu itirməsinə səbəb olan epileptik tutma keçirib.
Futbolçunun durumunun hazırda qənaətbəxş olduğu bildirilib.