“Rusiya ilə oyunların çətin olacağı öncədən məlum idi”. Matc.az xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib. O, Soçidə Rusiya yığması ilə keçirilən ikinci yoldaşlıq oyunundan (0:1) sonra fikirlərini bildirib.

“Rusiya ilə oyunların çətin olacağı öncədən məlum idi”. Matc.az xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

O, Soçidə Rusiya yığması ilə keçirilən ikinci yoldaşlıq oyunundan (0:1) sonra fikirlərini bildirib. Mütəxəssis komandasından razı qaldığını söyləyib:

“İlk matçda komandamız yaxşı oyun sərgiləmişdi. Məğlub olsaq da, sona qədər mübarizə apardıq. İkinci görüşə hazırlaşmaq, həm öz səhvlərimizi görmək, həm də rəqibi təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. Fikrimcə, dünənki qarşılaşmanı daha yaxşı keçirdik. Futbolçularımız hücumda rusiyalı müdafiəçilərə problemlər yaradırdılar. Təəssüf ki, hücumların sonluğunu gətirə bilmirdik və adi səhvdən qol buraxaraq məğlub olduq.  Buna baxmayaraq, komandadan razıyam. Çünki qızlar tapşırıqları yerinə yetirməyə çalışdılar və çəkinmədən mübarizə apardılar. İnanıram ki, bu oyunların gələn ilin fevralında başlayacaq UEFA Millətlər Liqası turnirindəki çıxışımıza çox köməyi dəyəcək”.

Qeyd edək ki, noyabrın 28-də və dekabrın 2-də keçirilən hər iki görüşdə Rusiya yığması 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest