04 Dekabr 2024, 16:22
FUTBOL
Oktyabrın 11-də Millətlər Liqasında keçirilmiş qarşılaşmada yerli fanatlar meydana yad əşyalar atıblar.
Estoniya Futbol Assosiasiyası UEFA tərəfindən cərimələnib. Matc.az xəbər verir ki, buna eston azarkeşlərin Azərbaycan yığması ilə matçdakı davranışı səbəb olub.
Oktyabrın 11-də Millətlər Liqasında keçirilmiş qarşılaşmada yerli fanatlar meydana yad əşyalar atıblar. Bu səbəbdən UEFA Estoniya Futbol Assosiasiyasını 4875 avro məbləğində cərimələyib.
Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşmasında meydan sahibləri 3:1 hesablı qələbə qazanmışdılar.