04 Dekabr 2024, 23:00
FUTBOL
"Neftçi"nin baş məşqçisi Samir Abbasov oyundan sonra qarşılaşma ilə bağlı fikirlərini bildirib.
"Neftçi" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Difai"ni 6:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.
Matc.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abbasov oyundan sonra fikirlərini bildirib:
"Futbolçulara təşəkkür edirəm. Bu cür oyunlarda meydandakı nizam-intizam çox önəmlidir. Xüsusilə göstərilən əzmkarlıq sevindiricidir. Bu gün buna ehtiyacımız var. Rəqibin birinci liqa komandası olmasına baxmayaraq, çox yaxşı oyun alındı. Adımızı təmsil edirik, bunu qoruyub saxlamalıyıq. Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım. Belə də davam edəcəyik".