05 Dekabr 2024, 18:31
FUTBOL
İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşib.
Matc.az xəbər verir ki, sözügedən mükafata 3 mütəxəssis iddia edir.
Bunlar "Brayton"dan Fabian Hurtzeler (2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət), "Vulverhempton"dan Qari O'Nil (2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət) və "Liverpul"dan Arne Slotdur (3 qələbə).
Qeyd edək ki, azarkeşlərin səsverməsinə əsasən son olaraq "Nottinqem Forest"in baş məşqçisi Nuno Espirito Santo oktyabrda qalib olub.