Püşkatma nəticəsində 12 qrupun hər birinin tərkibi müəyyənləşib.

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsininin püşkatma mərasimi keçirilib. Matc.az xəbər verir ki, tədbir İsveçrənin Sürix şəhərində təşkil olunub.

Püşkatma nəticəsində 12 qrupun hər birinin tərkibi müəyyənləşib.

Millimiz kimi, Türkiyə yığması da 4 komandalı qrupda yer alıb.

A qrupu: Almaniya – İtaliya cütünün qalibi, Slovakiya, Şimali İrlandiya, Lüksemburq

B qrupu: İsveçrə, İsveç, Sloveniya, Kosovo

C qrupu: Portuqaliya – Danimarka cütünün məğlubu, Yunanıstan, Şotlandiya, Belarus

D qrupu: Fransa – Xorvatiya cütünün qalibi, Ukrayna, İslandiya, Azərbaycan

E qrupu: İspaniya – Niderland cütünün qalibi, Türkiyə, Gürcüstan, Bolqarıstan

F qrupu: Portuqaliya – Danimarka cütünün qalibi, Macarıstan, İrlandiya, Ermənistan

G qrupu: İspaniya – Niderland cütünün məğlubu, Polşa, Finlandiya, Litva, Malta

H qrupu: Avstriya, Rumıniya, Bosniya və Herseqovina, Kipr, San Marino

I qrupu: Almaniya – İtaliya cütünün məğlubu, Norveç, İsrail, Estoniya, Moldova

J qrupu: Belçika, Uels, Şimali Makedoniya, Qazaxıstan, Lixtenşteyn

K qrupu: İngiltərə, Serbiya, Albaniya, Latviya, Andorra

L qrupu: Fransa – Xorvatiya cütünün məğlubu, Çexiya, Monteneqro, Farer adaları, Cəbəllütariq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest