"Porto" klubunda ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, Portuqaliya təmsilçisi baş məşqçisi Vitor Bruno ilə əməkdaşlığı dayandırıb.

Bu barədə klubun saytında məlumat yayılıb. Bildirilib ki, komandanın uğursuz nəticələrinə görə 42 yaşlı məşqçinin sözləşməsinə xitam verilib. “Porto”nu müvəqqəti olaraq Xose Tavares çalışdıracaq.

Qeyd edək ki, Vitor Bruno 2024-cü ilin yayında "Porto"nun “sükanı arxası”na keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest