"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim İngiltərə çempionatının 22-ci turunda "Brayton"a 1:3 hesablı məğlubiyyətdən sonra futbolçularını tənqid edərkən komandanın soyunub-geyinmə otağında böyük televizoru zədələyib.

Matc.az xəbər verir ki, bu barədə "Athletic" məlumat yayıb.

Bildirilir ki, taktiki analiz üçün istifadə edilən televiziyanın təmirə ehtiyacı var.

O da vurğulanır ki, portuqaliyalı mütəxəssisin bu cür davranışı klubda çoxlarını təəccübləndirib, çünki o, adətən meydanda baş verənləri ertəsi gün təhlil edir, oyundan dərhal sonra komandanı tənqid etmir.

Qeyd eedək ki, "Mançester Yunayted" bütün yarışlarda keçirdiyi son 10 matçda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 5 dəfə uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest