22 Yanvar 2025, 11:28
FUTBOL
Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov iş yerini dəyişə bilər. Matc.az xəbər verir ki, o, İranın “Persepolis” klubundan təklif alıb.
İranlılar Çerçesovla danışıqlara start veriblər. “Persepolis” rəhbərliyi böyük turnirlərdə təcrübəsi olan çalışdırıcı ilə müqavilə bağlamaq niyyətindədi. Onların fikrincə, Çerçesov bu kriteriyalara uygun gəlir. Təcrübəli mütəxəssis təklifə razılıq versə, Qazaxıstandakından çox pul qazanacaq.
Qeyd edək ki, 61 yaşlı Çerçesov məşqçilik fəaliyyəti ərzində Moskva “Spartak”ı, “Terek”, “Amkar”, Moskva “Dinamo”su, “Legiya” və “Ferentsvaroş” klublarını, həmçinin Rusiya millisini də çalışdırıb.