"Milan" "Mançester Siti"dən 34 yaşlı sağ cinah müdafiəçisi Kayl Uokerin satın alma opsiyonu ilə icarəyə götürüldüyünü açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında paylaşılıb.

İngilis futbolçunun İtaliya nəhəngində 32 nömrə altında çıxış edəcəyi vurğulanır.

Qeyd edək ki, Uoker bu mövsüm bütün yarışlarda 18 oyun keçirib, lakin fərqlənə bilməyib. 34 yaşlı müdafiəçinin ingilis klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 10 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest