Bu gün Avrop Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Matc.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
Pley-offda Türkiyənin iki təmsilçisi mübarizə aparıb. "Fənərbaxça" doğma meydanda Belçikanın "Anderlext" komandasını qəbul edib. Meydan sahibləri 3 cavabsız qolla qələbə qazanıb. "Qalatasaray" isə Niderland səfərində "AZ Alkmaar" ilə üz-üzə gəlib. İstanbul klubu 4:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları 20 fevralda keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
13 fevral
"Midtyulland (Danimarka) – "Real Sosyedad" (İspaniya) - 1:2
Qollar: Buksa, 38 // Mendez, 11 (pen), Kubo, 31
"Fənərbaxça" (Türkiyə) – "Anderlext" (Belçika) - 3:0
Qollar: Tadiç, 11, Dzeko, 42, En-Nesiyri, 57
"Ferençvaros" (Macarıstan) – "Viktoriya" (Çexiya) - 1:0
Qol: Abu Fani, 23
"Yunion" (Belçika) – "Ayaks" (Niderland) - 0:2
Qollar: Rasmussen, 59, Mokio, 71
"AZ Alkmaar" (Niderland) – "Qalatasaray" (Türkiyə) - 4:1
Qollar: Miynans, 12, Parrot, 37 (pen), Klasie, 58, Volfe, 66 // Sallai, 20
"Porto" (Portuqaliya) – "Roma" (İtaliya) - 1:1
Qollar: Mura,67 // Çelik, 45+5
"Tvente" (Niderland) – "Bodo Qlimt" (Norveç) - 2:1
Qollar: Ltaief, 5, volfsvinger, 90+5 (pen) // Berg, 85
PAOK (Yunanıstan) – FCSB (Rumıniya) - 1:2
Qollar: Samatta, 21 // Georgita, 50, Daşa, 60