16 Fevral 2025, 19:50
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə"ni 5 medalla başa vurublar.
Matc.az xəbər verir ki, yarışın sonuncu günündə təmsilçilərimizdən heç biri mükafat qazana bilməyib.
Əjdər Bağırov (100 kq) üçüncü yer uğrunda görüşdə Niyaz Bilalova (IJF), Kənan Nəsibov (+100 kq) isə yaponiyalı Kanta Nakanoya uduzub.
Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) gümüş, Vüsal Qələndərzadə (73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc medala sahib çıxıblar.