Almaniya II Bundesliqasında 22-ci turun növbəti oyunları reallaşıb. Matc.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” “Ulm”la üz-üzə gəlib.

Görüş Emrelinin komandasının 2:0 hesablı qələbəsi ilə nəticələnib. Mahirin adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, aktivində 34 xal olan “Nürnberq” hazırda 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest