03 Mart 2025, 10:10
DÖYÜŞ NÖVLƏRİ
Rusiyalı sabiq sərbəst güləşçi, 3 qat Olimpiya çempionu Buvaysar Saytiyev dünyasını dəyişib. Matc.az xəbər verir ki, o, 49 yaşında vəfat edib.
Bu barədə Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili məlumat yayıb. Saytiyevin Moskva xəstəxanlarının birində dünyasını dəyişdiyi qeyd olunub. O, zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi. Saytiyev ağciyər xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Saytiyev, həmçinin 6 qat dünya və Avropa çempionu idi.