Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb. 

Matc.az xəbər verir ki, U-21 millimiz moldovalı həmyaşıdları ilə üz-üzə gəlib. 

"Cornelia" Futbol Mərkəzində təşkil olunan qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu, Ayxan Abbasovun U-21-in baş məşqçisi kimi debüt matçı olub.

Qeyd edək ki, U-21 yığmamız bundan əvvəlki son 9 oyundan 8-də uduzub, 1-də heç-heçə edib. Gənclər yığmamız sonuncu qələbəsini 2023-cü ilin noyabrında qazanmışdı. Həmin vaxt U-21 yığmamız latviyalı həmyaşıdlarını 1:0 hesabı ilə məğlub edib. 

Yoxlama oyunu
22 mart

Azərbaycan (U-21) – Moldova (U-21) - 2:0
Qollar: Oruc Məmmədov, 18, Sadiq Şəfiyev, 25

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest