UEFA Millətlər Liqasında Şotlandiya ilə keçirilən cavab oyunu Yunanıstanın futbolçusu Konstantinos Karetsas üçün əlamətdar olub. Matc.az xəbər verir ki, qarşılaşmanın 20-ci dəqiqəsində hesabı açan yarımmüdafiəçi tarixə düşüb.

O, turnir tarixində qol vuran ən gənc futbolçu ünvanına yiyələnib. Fərqlənərkən Karetsas 17 yaş 124 gündə olub. Yunan orta sahə oyunçusu ispaniyalı Lamin Yamalın rekordunu qırıb. Yamal qol vuranda 17 yaş 253 gündə idi.

Qeyd edək ki, Yunanıstan millisi səfərdə 3:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest