Siyahıya klub akademiyalarında azı üç il (15-21 yaş aralığında) təhsil alan futbolçular daxil edilib. Bu sıralamaya İspaniya nəhəngi “Real” başçılıq edir. Madrid klubunun əzəli rəqibi “Barselona” ikinci pillədə qərarlaşır.

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) son 20 ildə İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa liqalarında ən çox oyunçu yetişdirən klubların reytinqini açıqlayıb. Matc.az xəbər verir ki, siyahıya klub akademiyalarında azı üç il (15-21 yaş aralığında) təhsil alan futbolçular daxil edilib.

Bu sıralamaya İspaniya nəhəngi “Real” başçılıq edir. Madrid klubunun əzəli rəqibi “Barselona” ikinci pillədə qərarlaşır.

Ən çox futbolçu yetişdirən klublar:

1. “Real” – 166 futbolçu

2. “Barselona” – 156

3. PSJ – 111

4. “Lion” – 103

5. “Mançester Yunayted” – 103

6. “Renn” – 94

7. “Atalanta” – 94

8. “Atletik” – 89

9. “Monako” – 88

10. “Valensiya” – 87

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest