25 Mart 2025, 18:20
FUTBOL
"Real" "Liverpul"un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun transferi ilə bağlı danışıqları başa çatdırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Saşa Tavoleri paylşıb.
26 yaşlı futbolçu 1 iyul 2025-ci ildə rəsmi olaraq azad agent statusunda olduqdan sonra, Madrid klubu ilə 5 illik müqavilə imzalayacaq. Aleksander-Arnold "Real"da ildə təxminən 15 milyon avro qazanacaq.
Qeyd edək ki, Trent Aleksander-Arnold 2016-cı ildən çıxış etdiyi "Liverpul"da 349 oyuna çıxıb, 22 qol vurub və 87 məhsuldar ötürmə edib.