"Portu" Portuqaliya Superkuboku uğrunda matçda "Torreense"ni 1:0 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, "əjdahalar" 25-ci dəfə bu titula sahib çıxaraq öz rekordlarını yeniləyiblər.

Matçın yeganə qolunu 38-ci dəqiqədə "Portu"nun gənc danimarkalı yarımmüdafiəçisi Viktor Fruholdt vurub.

Portuqaliya Superkubokunda "Benfika"nın 10, "Sportinq"in isə 9 qələbəsi var.

Xatırladaq ki, "Portu" Portuqaliya çempionatının qalibi, "Torreense" isə ölkə kubokunun sahibidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest