Fransanın PSJ klubu "Parma"nın və Yaponiya millisinin qapıçısı Zion Suzukinin transferi uğrunda mübarizədə İtaliya "Yuventus"unu qabaqlayır.
Matc.az xəbər verir ki, bu barədə jurnalist və insayder Santi Auna məlumat yayıb.
Bildirilir ki, parislilər aktiv mərhələyə qədəm qoyan danışıqları davam etdirirlər. PSJ-nin hər üç tərəf arasında razılıq əldə etməyə çalışdığı qeyd olunur.
Bundan başqa, digər məşhur insayder Fabrisio Romano da PSJ-nin yaponiyalı oyunçuya ciddi maraq göstərdiyini təsdiqləyib.
"Parma"nın 23 yaşlı yaponiyalı qolkiper üçün təxminən 30 milyon avro almaq istədiyi bildirilir. PSJ transferi rəsmiləşdirdikdən sonra qapıçını müntəzəm oyun təcrübəsi qazanması üçün dərhal icarəyə göndərməyi planlaşdırır.
Qeyd ed'k ki? Suzuki 2024-cü ildən "Parma"da çıxış edir, bu müddət ərzində o, A Seriyasında 57 matç keçirib və Yaponiya yığmasında 28 görüşdə meydana çıxıb.













