27 Mart 2025, 11:43
FUTBOL
İspaniya çempionatının "Osasuna" - "Real" oyununda qonaqların futbolçusu Vinisius Juniorun təhqir olunması ilə bağlı qərar qəbul edilib. Matc.az xəbər verir ki, Zorakılıqla Mübarizə Komissiyası bununla bağlı qərarını açıqlayıb.
Həmin görüşdə adı açıqlanmayan fanat stadionda pankart açıb. Pankartda Vinisius Juniorun ünvanına təhqiramiz ifadələr yazılıb.
Bu əməlinə görə həmin şəxs komissiya tərəfindən 2 min avro məbləğində cərimə olunub. Bundan əlavə, ona 4 ay müddətində stadionlara giriş qadağası tətbiq edilib.