"Azarkeşlər oyundan həzz aldılar və bizə enerji verdilər. Hesab 0:2 olanda da bu hiss bizi tərk etmədi"

“Etdiyimiz hər şeylə fəxr edirəm. Bu, “Aston Villa” ilə olmaq istədiyim səviyyəyə doğru ən yaxşı addımdı”. Matc.az xəbər verir ki, bunu “Aston Villa”nın baş məşqçisi Unay Emeri deyib.

Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab oyununda komandasından razı qaldığını bildirən Emeri qeyd edib ki, hələ görüləsi işlər var.

“İlk oyunda yaxşı mübarizə apardıq. Bu gün daha da yaxşı oynadıq. Son addım çatışmır. Biz irəliləyiş əldə etmək üçün bunun üzərində işləməliyik. Azarkeşlər oyundan həzz aldılar və bizə enerji verdilər. Hesab 0:2 olanda da bu hiss bizi tərk etmədi” – deyə, Emeri bildirib.

Qeyd edək ki, Parisdə keçirilən görüş PSJ-nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Birmingemdə keçirilən cavab matçında “Aston Villa” rəqibini üstələyib -  3:2.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest