"Netflix" onlayn kinoteatr platforması futbol məşqçisi Joze Mourinyonun həyat və karyerasına həsr olunmuş sənədli filmin nümayiş olunacağını elan edib.
"Netflix" onlayn kinoteatr platforması futbol məşqçisi Joze Mourinyonun həyat və karyerasına həsr olunmuş sənədli filmin nümayiş olunacağını elan edib. Ekran işinin portuqaliyalı mütəxəssisin zəngin karyerasının maraqlı məqamlarını işıqlandıracağı gözlənilir.
Matc.az xəbər verir ki, bu barədə "Netflix" platforması məlumat yayıb.
Bildirilir ki, sənədli film 3 seriyadan ibarət olacaq, lakin hissələrin xronometrajı hələlik məlum deyil. Ekran işinin premyerası bu il avqustun 11-də "Netflix"də baş tutacaq.
Qeyd edək ki, Joze Mourinyo futbol tarixininsən ən çox titul qazanan mütəxəssislərindən biridir. Portuqaliya Futbol Federasiyasının 2015-ci ildə qəbul etdiyi qərara əsasən, Mourinyo əsrin ən yaxşı məşqçisi seçilib.












