22 Aprel 2025, 11:33
FUTBOL
"Bayer"in yarımmüdafiəçisi Qranit Caka karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Matc.az Almaniya mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray" isveçrəli futbolçunu heyətinə qatmaq istəyir.
Caka özü "sarı-qırmızılar"ın təklifinə isti yanaşır. Klublar anlaşsa, 32 yaşlı yarımmüdafiəçi "Qalatasaray"la müqavilə imzalayacaq.
Qeyd edək ki, Qranit Caka bu mövsüm "Bayer"in heyətində meydana çıxdığı 46 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.