"Mançester Yunayted" və "Arsenal"dan sonra "Real" da isveçli futbolçuya "elçi düşüb"
"Sportinq"in hücumçusu Viktor Dyökereş Avropada daha bir klubun transfer siyahısına düşüb.
Matc.az "Fichajes"ə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Arsenal"dan sonra "Real" da isveçli futbolçuya "elçi düşüb".
"Kral klubu"nun prezidenti Florentino Peres şəxsən özü Dyökereşin transferini yekunlaşdırmağa çalışır. "Real" 26 yaşlı forvard üçün mübarizədə İngiltərə klublarını qabaqlayacağına ümid edir.
"Sportinq" futbolçusu üçün 100 milyon avro tələb edir. "Real" isə Portuqaliya klubunun bu məbləğdə endirim edəcəyinə inanır.
Qeyd edək ki, Viktor Dyökereş bu mövsüm Lissabon təmsilçisinin heyətində keçirdiyi 49 oyunda 52 qol vurub, 12 qol ötürməsi edib.