24 Oktyabr 2018, 12:37
AVROPA LİQASI
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq" aparıcı futbolçularından olan Markos Akunyanı komandada saxlamağa müvəffəq olub. Matç.az-ın klubun tvitter səhifəsinə istinadən məlumatına görə, argentinalı müdafiəçi Lissabon təmsilçisi ilə yeni müqavilə imzalayıb.
27 yaşlı sol cinah oyunçusu cari mövsümün sonuna qədər olan müqavilə müddətini 2023-cü ilin yayına qədər uzadıb. Argentina millisinin üzvünün sərbəst qalma məbləği 60 milyon avro dəyərində göstərilib.
Qeyd edək ki, Markos Akunya "Sportinq"ə ötən il ölkəsinin "Rasinq" klubundan keçib.