"Qalatasaray"ın futbolçusu Mario Lemina Səudiyyə Ərəbistanına yollana bilər.

Matc.az xəbər verir ki, bu barədə "Ariyadhiah" məlumat yayıb.

"Əl-Şəbab" Leminanı transfer etmək istəyir. Klubun nümayəndələri qabonlu oyunçu ilə görüşüb. 31 yaşlı dayaq yarımmüdafiəçisi Səudiyyə Ərəbistanında oynamağa isti yanaşır.

Qeyd edək ki, "Qalatasaray" Mario Lemina bu ilin fevral ayında "Vulverhempton"dan transfer edib. O, "sarı-qırmızılar"ın heyətində keçirdiyi 16 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest