20 İyun 2025, 21:40
FUTBOL
Masazır təmsilçisi iyunun 22-də Avstriyanın Qrats şəhərinə yola düşəcək.
"Sabah"ın yay hazırlıq planı bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Masazır təmsilçisi iyunun 22-də Avstriyanın Qrats şəhərinə yola düşəcək. Avstriyada baş tutacaq təlim-məşq toplanışı iyulun 5-dək davam edəcək.
Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçiriləcək. "Sabah" iyunun 29-da "Rapid" (Buxarest, Rumıniya), iyulun 3-də isə "Pakş" (Macarıstan) komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, "Sabah" UEFA Avropa Liqasında ilk oyununu iyulun 10-da Bakıda Sloveniyanın "Çelye" komandasına qarşı keçirəcək.




_1779368930.jpg)






_1779359939.jpg)
_1779359873.jpg)
