22 İyun 2025, 10:39
FUTBOL
"Real"ın vingeri Vinisius Junior İspaniya nəhəngi ilə müqaviləsini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə "Marca"nın jurnalisti Xose Feliks Diaz məlumat yayıb.
Bildirilir ki, braziliyalı futbolçunun müqaviləsinin uzadılması ilə bağlı rəsmi açıqlama klublararası dünya çempionatından sonra olacaq.
Daha əvvəl mətbuatda 24 yaşlı vingerin 2030-cu ilə qədər müqavilə imzalaya biləcəyi xəbəri yayılmışdı.
Qeyd edək ki, Vinisiusun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında hücumçunun dəyəri 170 milyon avrodur.