22 İyun 2025, 15:16
FUTBOL
"Liverpul"un 22 yaşlı müdafiəçisi Jarrell Quansah Almaniyanın "Bayer" klubu ilə razılığa gəlib və 2030-cu ilə qədər müqavilə imzalayacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Müqavilənin dəyəri 30 milyon funt-sterlinqdir, üstəlik daha 5 milyon funt-sterlinq bonus olaraq ödənilə bilər. Maraqlıdır ki, "Liverpul" futbolçunu geri almaq hüququnu özündə saxlayacaq.
Qeyd edək ki, ötən mövsüm gənc müdafiəçi İngiltərə Premyer Liqasının 13 oyununda iştirak edib. Futbolçunun transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.