"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Türkiyənin "Qalatasaray" klubunun türk əsilli almaniyalı yarımmüdafiəçi İlkay Gündoğanla maraqlanmasından xəbəri olmadığını bildirib.
Matc.az xəbər verir ki, Qvardiola İlkayı komandada görmək istədiyini vurğulayıb.
"Bu barədə heç nə bilmirəm. Eyni zamanda, hazırda çox böyük heyətimiz var, komandada çoxlu oyunçu var. Bununla belə, hazırda İlkay mənim planlarımdadır və komandanın bir hissəsidir".
Bir gün əvvəl "Qalatasaray"ın Gündoğanı transfer etmək istədiyi və alman yarımmüdafiəçiyə artıq 2 illik müqavilə təklif etdiyi bildirilirdi.
Daha əvvəl mətbuatda "Mançester Siti"nin 34 yaşlı yarımmüdafiəçini yay "transfer pəncərəsi" zamanı buraxmağa hazır olduğu barədə məlumatlar yayılmışdı. Eyni zamanda o da qeyd olunur ki, ingilis klubunun İlkayla 2026-cı ilin yayına qədər müqavilə bağlanmasına baxmayaraq, ona komandadan təzminatsız ayrılmasına icazə verəcək.