22 İyun 2025, 21:06
FUTBOL
"Trabzonspor" qapıçısı Uğurcan Çakırı Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor"a satmağa razıdır.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabunçoğlu məlumat verib.
Bildirilir ki, Trabzon təmsilçisinin rəhbərliyi Çakırı Donetsk klubuna satmağa meylli olsalar da, 29 yaşlı qolkiperin özü "Fənərbaxça"da oynamaq istəyir. İstanbul klubu da bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, Uğurcan Çakır "Trabzonspor"un yetirməsidir. O, Qara dəniz təmsilçisi ilə 288 rəsmi oyuna çıxıb, 89 qarşılaşmada qapısını toxunulmaz saxlaıb. 29 yaşlı qolkiper Türkiyə millisində də 31 oyunda meydana çıxıb.