23 İyun 2025, 10:36
FUTBOL
Klublararası dünya çempionatında qrup mərhələsinin 2-ci turuna yekun vurulub.
Matc.az xəbər verir ki, G qrupunda "Mançester Siti" Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubu ilə üz-üzə gəlib. Matç İngiltərə təmsilçisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xallarını 6-ya yüksəldən "Mançester Siti" pley-offa vəsiqəni təmin edib. Hər iki oyunda məğlub olan "Əl-Əyn" isə qrup sonuncusudur.
"Manşester Siti" - "Əl-Əyn" 6:0
Qollar: İlkay Gündoğan, 8, 73, Klaudio Eçeverri, 27, Erlinq Haland, 45+5, Oskar Bobb, 84, Rayan Çerki, 89