"Kapital Bank Arena"da 28 May - Respublika günü və Sumqayıt şəhərinin 70 illiyi ilə əlaqədar olaraq sumqayıtlı futbol veteranları ilə Rusiyanın Stavropol diyarının veteranları arasında dostluq oyunu keçirilib.

Matc.az xəbər verir ki, oyundan öncə "Sumqayıt"ın vitse-prezidenti Vaqif ömərov, Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Elgün Hümbətov, veteranlar İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov, qonaqların kapitanı, Stavropol Diyarının Futbol Veteranları İttifaqının rəhbəri, həmyerlimiz, "Yedinaya Rossiya" partiyasının ərazi üzrə rəhbəri, deputat Məliksabit Kazımov çıxış edib.

Veteran hakim Anar Salmanovun idarə etdiyi qarşılaşma Sumqayıt veteranlarının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Sumqayıt veteranlarının heyətində Seymur Rəhimov və Elnur Əşrəfoğlu, Stavropol veteranlarından isə Ruslan Balkarov fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest