30 May 2019, 13:29
FUTBOL
AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Xorvatiya yığması itkilərlə üzləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "damalılar" iki aparıcı oyunçusunun xidmətindən məhrum qalıb.
Bunlar yarımmüdafiəçi İvan Rakitiç və hücumçu Ante Rebiçdi. Vitse-kapitan Rakitiç "Barselona"nın heyətində İspaniya Kral Kubokunun "Valensiya" ilə final görüşündə zədələnib. Həmçinin Rebiç də tibbi müayinədən keçdikdən sonra yığmanın düşərgəsini tərk edib.
Baş məşqçi Zlatko Daliç hər iki aparıcı oyunçunun iyunun 8-də Uelslə seçmə mərhələ və 11-də Tunislə yoldaşlıq görüşünü buraxacağını açıqlayıb.