"İnter"ə yeni baş məşqçi təyin olunması gözlənilən Antonio Konte "qara siyahı"sını müəyyənləşdirməyə başlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 49 yaşlı mütəxəssis hücumçu Mauro İkardinin xidmətində maraqlı deyil.

O, Argentina millisinin üzvünün intizamsızlığını əsas gətirərək, rəhbərlikdən futbolçunun satılmasını tələb edib. Bir müddət əvvəl kapitanlığı əlindən alınan və əvəzedici heyətə göndərilən İkardinin "Yuventus"a keçidi istisna edilmir.

Qeyd edək ki, "İnter" bu gün Luçano Spalletti ilə yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest