30 May 2019, 19:41
FUTBOL
UEFA Avropa Liqasının Bakıda keçirilən final oyununu stadiondan izləyən azarkeşlərin dəqiq sayını açıqlayıb. Matc.az qurumun rəsmi saytına istinadən məlumat verir ki, "çelsi" – "Arsenal" qarşılaşmasını Bakı Olimpiya Stadionuna 51370 nəfər tamaşaçı yerində izləyib.
Bu, son 10 ildə Avroliqa finallarında azarkeş sayına görə ən yaxşı üçüncü göstəricidir.
İlk iki yerdə isə müvafiq olaraq, ötən il Lionda keçirilən "Marsel" – "Atletiko" (0:3, 55768 tamaşaçı) və 2012-ci ildə Buxarestdə baş tutan "Atletiko" – "Atletik" (3:0, 52347 tamaşaçı) finalları qərarlaşıb.
Qeyd edək ki, UEFA sözügedən final matçı üçün satışa 63 min bilet çıxartmışdı.