London təmsilçisinin heyətindən Kepa Arrizabalaqa, David Luis, Sezar Aspilikueta, Jorjinyo, Nqolo Kante, Olivye Jiru, Pedro Rodriqes və Eden Azar "18"liyə düşüb.

UEFA Avropa Liqasında mövsümün rəmzi komandasının tərkibi bəlli olub. Matc.az saytının məlumatına görə, rəmzi heyətə "çelsi"nin 8 futbolçusu daxil edilib.

London təmsilçisinin heyətindən Kepa Arrizabalaqa, David Luis, Sezar Aspilikueta, Jorjinyo, Nqolo Kante, Olivye Jiru, Pedro Rodriqes və Eden Azar "18"liyə düşüb.

Bunlardan əlavə Sead Kolaşinats, Loran Kosielni, Pyer-Emerik Obameyanq (hamısı "Arsenal", İngiltərə), Kevin Trapp, Danni da Koşta, Filip Koştiç, Mateo Hasebe, Luka Yoviç (hamısı "Ayntraxt", Almaniya), Aleks Qrimaldo, Juan Feliş (hər ikisi "Benfika", Portuqaliya) də komandaya daxil edilib.

Qeyd edək ki, "çelsi" Bakı Olimpiya Stadionundakı həlledici matçda "Arsenal"ı 4:1 hesabı ilə məğlub edərək turnirin çempionu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest