Badri Kvaratsxeliya oğlu Xviçanın taleyi ilə bağlı narahatdır. Matc.az saytının məlumatına görə, bu barədə keçmiş hücumçu Rusiya mətbuatına açıqlama verib.

Mövsümün ikinci hissəsini icarə əsasında Rusiyada, "Lokomotiv"də keçirən kiçik Kvaratsxeliya Moskva klubunda daimi əsaslarla qalmaq istəyir. Müqavilə ilə "Rustavi"yə məxsus olan cinah hücumçusunun taleyi haqqında hələ qərar verilməyib.

"Hələlik Xviçanın daimi əsaslarla müqaviləsi ilə bağlı kimsə nəsə deməyib. Bununla mənim dostum, agent Mamuka Cuqeli məşğul olur. Gözləyirik, görək, nə qərar veriləcək. Əsas məsələ odur ki, "Loko" Xviçanın xidmətində maraqlıdırmı? Əgər elə olsa, son qərarı oğlum verəcək" – deyə Badri bildirib.

Mövsümün ikinci hissəsində "Lokomotiv"lə 10 oyunda meydana çıxan 18 yaşlı oyunçu 1 dəfə fərqlənib.

Qeyd edək ki, Badri Kvaratsxeliya ölkəmizdə "Kəpəz" və "Şəmkir" kimi klublarla yanaşı 3 matçda milli komandamızın da formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest