Növbəti mövsüm Rusiya Premyer Liqasında çıxış etmək uğrunda keçid oyunları davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" da ilk görüşünü keçirib.

Samara təmsilçisi səfərdə "Nijni Novqorod" klubu ilə qarşılaşıb. İlk oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramil start heyətində başladığı görüşdə sona qədər meydanda olub. O, üçüncü qolda məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, iki komanda arasındakı cavab oyunu iyunun 2-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest