30 May 2019, 22:52
FUTBOL
20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatı davam edir. Matc.az saytının məlumatına görə, mundialın III turunda maraqlı nəticə qeydə alınıb.
Belə ki, C qrupunda yarışan Norveç – Honduras oyununda birincilər fantastik qələbə qazanıblar – 12:0. "Vikinqlər"in 18 yaşlı hücumçusu Erlinq Braut Haland isə rəqibin qapısından 9 qol keçirib.
Qeyd edək ki, Uruqvay və Yeni Zelandiyanın da yer aldığı qrupda bu, Norveçin ilk və yeganə qələbəsi olub.