Ukrayna Premyer Liqasında XXXII tur davam edir. Matc.az saytının məlumtına görə, milli komandamızın üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" növbəti oyununu keçirib.

Sözügedən komanda doğma meydanda Kiyev "Dinamo"su ilə qarşılaşıb. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Paşayev start heyətində meydana çıxıb və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, ilk 6-lıqda mübarizə aparan "Aleksandriya" 49 xalla 3-cü pillədə yer alıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest