11 İyul 2025, 12:57
FUTBOL
"Barselona" və "Roma"da çıxış etmiş 27 yaşlı ispaniyalı vinger 2025/2026 mövsümünü "Aris"in heyətində keçirəcək.
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" heyətinə yeni oyunçu cəlb edib.
Matc.az xəbər verir ki, Saloniki təmsilçisi "Selta"dan Karles Peresi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Barselona" və "Roma"da çıxış etmiş 27 yaşlı ispaniyalı vinger 2025/2026 mövsümünü "Aris"in heyətində keçirəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan"la "Aris" arasındakı ilk oyun iyulun 24-də Bakıda baş tutacaq. Cavab görüşü isə 1 həftə sonra Yunanıstanda keçiriləcək.