30 Aprel 2026, 16:17
FUTBOL
"Beşiktaş" Türkiyə Super Liqasının XXXII turunda səfərdə "Qaziantep"in qonağı olacaq.
Matc.az xəbər verir ki, "qara qartaallar" qarşılaşmaya itkilərlə çıxacaq.
Üç futbolçu səfər oyununda komandaya kömək edə bilməyəcək. Müdafiəçi Rıdval Yılmaz cəzalı durumdadır. Digər müdafiəçi Gökhan Sazdağı ilə yarımmüdafiəçi Kartal Kayra Yılmaz isə zədəlidir.
Qeyd edək ki, "Qaziantep" - "Beşiktaş" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.



_1777567998.jpg)


_1777562869.jpg)




_1777557510.jpg)
